​Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Networks Baku” MMC-nin direktoruna qarşı şikayətinə baxılıb

​Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Networks Baku” MMC-nin direktoruna qarşı şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
11 Fevral , 2016 10:52
​Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Networks Baku” MMC-nin direktoruna qarşı şikayətinə baxılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Netvorks Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Çili Mehmet Ozana qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Dövlət Əmək Müfəttişliyinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi “Nokia Solutions and Networks Baku” MMC-nin direktoru Çili Mehmet Ozanı məhkəməyə verib. Müfəttişlik şirkətin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 54.0.4-cü (əməyin mühafizəsi qaydalarının pozulması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini istəyib.

Nərimanov Rayon Məhkəməsinə müraciət edən Ç.M.Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara xitam verilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan müfəttişlik Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Son xəbərlər

Orphus sistemi