Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat edib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat edib Bu barədə qurumun rəsmi feysbuk hesabında məlumat yayılıb
Hadisə
7 May , 2021 17:41
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat edib
Cəfər Səmədli
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Cəfər Səmədli vəfat edib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi feysbuk hesabında məlumat yayılıb.

Bildirilib ki, C.Səmədli uzun sürən xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2013-cü ildən etibarən Xidmətdə çalışıb. Əvvəlcə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi işləyib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi