Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətə 20 min manatlıq protokol yazıb

Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətə 20 min manatlıq protokol yazıb Dövlət Əmək Müfəttişliyi Xidməti Piramida-F.R. MMC barədə protokol tərtib edib.
Hadisə
2 Oktyabr , 2019 17:16
Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətə 20 min manatlıq protokol yazıb

Dövlət Əmək Müfəttişliyi Xidməti "Piramida-F.R." MMC barədə protokol tərtib edib.

"Report"un xəbərinə görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Xətai Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Piramida-F.R." qeyri-kəsmə yolu ilə yoxlama üsulu vasitəsi ilə məhsulların yoxlanması üçün nəzarət-ölçü və sınaq avadanlıqlarının, məxaric avadanlıqlarının, vasitələrinin və materiallarının təchizi üzrə ixtisaslaşan şirkətdir. Şirkət bu sahə üzrə bir çox xarici firmalarn rəsmi nümayəndəliyinin funksiyalarını icra edir. 

Son xəbərlər

Orphus sistemi