Dövlət əhəmiyyətli rabitə kabelini öğurlayan şəxslər saxlanılıb

Dövlət əhəmiyyətli rabitə kabelini öğurlayan şəxslər saxlanılıb Oğurluq hadisəsi Salyan rayonunda qeydə alınıb
Hadisə
16 May , 2016 12:02
Dövlət əhəmiyyətli rabitə kabelini öğurlayan şəxslər saxlanılıb

Bakı. 16 may. REPORT.AZ/ “Aztelecom” MMC-yə məxsus dövlət əhəmiyyətli magistral rabitə kabelini öğurlayan şəxslər tutulub. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbərinə görə, hadisə Salyan rayonunda qeydə alınıb. 

Belə ki, rayon sakinləri Rüfət Cəfərova məxsus dəyirmandan və Oqtay Qarayevə məxsus evdən elektrik mühərrikinin mis sarğısı və əlvan metal, həmçinin kanalizasiya qurğularının içərisindən keçən "Aztelekom" MMC-yə məxsus dövlət əhəmiyyətli magistral rabitə kabeli oğurlanıb.
Salyan Rayon Polis Şöbəsinin (SRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakinləri Adil Orucov və Misir Şəkərov tutulublar. 

Son xəbərlər

Orphus sistemi