Yuxarı

Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb

© rEPORT

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report”un əməkdaşı xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.

Əfv olunan məhkumlar arasında 2007-ci ildə dövlət çevrilişinə cəhddə (Səid Dadaşbəyli dəstəsinin üzvü) ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilən 1979-cu il təvəllüdlü Qocayev Samir və 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilən 1982-ci il təvəllüdlü Cəbrayılov Rasim Mirzəbaba oğlunun da adı var.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi