​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin şikayətinə baxılıb

​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin şikayətinə baxılıb Prosesdə şikayət təmin edilməyib
Hadisə
14 Mart , 2016 15:14
​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin şikayətinə baxılıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində İsfəndiyar İsfəndiyarov barəsində girov müqabilində azadlığa buraxılması ilə bağlı verilmiş şikayət əsasında məhkəmə prosesi keçirilib.

Bu barədə "Report"a onun vəkili İradə Cavadova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. 

İ.İsfəndiyarov qərardan apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, martın 7-də Səbail Rayon Məhkəməsində İ.İsfəndiyarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin may ayında həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsində A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi