Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi davam etdirilib

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi davam etdirilib Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək
Hadisə
7 İyun , 2016 16:23
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi davam etdirilib

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə təqsirləndirilənlərdən İsfəndiyar İsfəndiyarov prokurorun sualların cavablandırıb. O bildirib ki, Zabil Salmanova qeyri yaşayış sahəsi üçün 4,7 milyon pul verib: "Sənədləşməni Arzunun adına keçirmişdik. İşləri yekunlaşanda Rəşad Məmmədovun həyat yoldaşının adına keçiriləcəkdi".

Təqsirləndirilənlərdən Arzu Məmmədov ifadəsində özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, İsfəndiyar İsfəndiyarovun dayısı oğludur: "Mənə dedi ki, belə bir yer var sənin adına rəsmiləşdirək, başqasına etibar etmirəm".

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Son xəbərlər

Orphus sistemi