Yuxarı

​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan şəxsin apellyasiya şikayətinə baxılıb

Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb

Bakı. 24 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan İsfəndiyar İsfəndiyarov barəsində girov müqabilində azadlığa buraxılmasına dair Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bu barədə "Report"a onun vəkili İradə Cavadova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə İ.İsfəndiyarovun apellyasiya şikayəti təmin edilməyib. Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, martın 14-də Səbail Rayon Məhkəməsində, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə İ.İsfəndiyarov barəsində girov müqabilində azadlığa buraxılması ilə bağlı verilmiş şikayət təmin edilməyib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin may ayında həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsində A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi