​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan şəxs apellyasiya şikayəti verib

​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan şəxs apellyasiya şikayəti verib Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
16 Mart , 2016 10:42
​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan şəxs apellyasiya şikayəti verib

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan İsfəndiyar İsfəndiyarov barəsində girov müqabilində azadlığa buraxılmasına dair Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bu barədə "Report"a onun vəkili İradə Cavadova bildirib.

Vəkilin sözlərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq tarix yaxın günlərdə bəlli olacaq.

İ.Cavadov Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əliyev barəsində Məhkəmə-Hüquq Şurasına şikayət edəcəyini də deyib.

Xatırladaq ki, martın 14-də Səbail Rayon Məhkəməsində, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə İ.İsfəndiyarov barəsində girov müqabilində azadlığa buraxılması ilə bağlı verilmiş şikayət təmin edilməyib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin may ayında həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Martın 7-də Səbail Rayon Məhkəməsində İ.İsfəndiyarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Səbail Rayon Məhkəməsində A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi