​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin apellyasiya şikayətinə baxılıb

​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin apellyasiya şikayətinə baxılıb Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
18 Dekabr , 2015 15:26
​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin apellyasiya şikayətinə baxılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, R.Məmmədovun iddiası təmin edilməyib, Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, dekabrın 9-da Səbail Rayon Məhkəməsində R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Həmin qərardan narazı qalan R.Məmmədov apellyasiya şikayəti verib.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi