Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Noyabr , 2017 14:58
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Ağdaş. 24 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb,  digər qadın sərnişin isə ölüb. 

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.


***14:36

Ağdaş. 24 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.  

"Report"un Şirvan bürosunun məlumatına görə, "Hyundai-Tucson" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. 

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi