​Dostunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​Dostunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bəxtiyar Əliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
30 Oktyabr , 2015 14:27
​Dostunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əliyev Bəxtiyar Ələsgər oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il "20 Yanvar" metro stansiyasının çıxışında yerləşən ticarət obyektlərindən birinin qarşısında baş verib. Mağaza sahibi B.Əliyevin qonşu mağazada işləyən dostu Kənan Xəlilovla aralarında mübahisə düşüb. Daha sonra hər iki şəxs bir-birlərini təpik və yumruq zərbələri vurublar. B.Əliyevin zərbələri qarşısında aciz qalan K.Xəlilovun ürəyi gedərək ölüb.

B.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi