Yuxarı
    Bağlamaq

    Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb

    Vətəndaşa müvafiq köməklik göstərilib

    Bakı. 27 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbədəki mənzilinin eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onlar vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:21-də başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi