Yuxarı

Dolu Goranboyun kəndlərinə ciddi ziyan vurub - FOTO

Dolu Goranboyun kəndlərinə ciddi ziyan vurub - FOTO
Safıkürd, Tatarlı kəndlərində meyvə ağacları ziyan çəkib
© "Report"

Goranboy. 21 iyun. REPORT.AZ/ Goranboy rayonuna dolu yağıb.

"Report"un Qərb bürosuna məlumatına görə, rayonun Safıkürd, Tatarlı kəndlərinə iri buz parçaları yağıb.

Yerli sakinlər bildiriblər ki, yağıntı əvvəl dolu, ardından leysan yağışa çevrilib. Təbiət hadisəsi zamanı əsasən meyvə ağacları ziyan çəkib.

Leysan yağış küləklə müşahidə olunduğundan kəndlərə elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Sakinlər güclü yağışdan sonra ərazidən axan Qaraçayda sululuğun artmasını müşahidə ediblər.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi