Bu il doğumu qeydə alınmayan 586 uşaq müəyyən edilib

Bu il doğumu qeydə alınmayan 586 uşaq müəyyən edilib ​​​​​​​“İcra Hakimiyyətlərinin nümayəndəlikləri də bəzi vətəndaşlıq vəziyyəti aktlarının, o cümlədən doğumu qeydə alırlar”.
Hadisə
14 Avqust , 2020 12:33
Bu il doğumu qeydə alınmayan 586 uşaq müəyyən edilib
Reyhanə Kərimova

“İcra Hakimiyyətlərinin nümayəndəlikləri də bəzi vətəndaşlıq vəziyyəti aktlarının, o cümlədən doğumu qeydə alırlar. Lakin təəssüflər olsun ki, kənd və qəsəbələrdə də doğumu qeydə alınmamış uşaqlara hələ də rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

“Bununla əlaqədar mütəmadi olaraq əməkdaşlarımız bölgələrdə kənd-kənd, qəsəbə-qəsəbə gəzərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə əhali arasında maarifləndirmə işi aparır, ağsaqqallarla, ziyalılarla, müəllimlərlə, həkimlərlə görüşlər keçirirlər”, – o bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində 2019-cu ildə 1 832, 2020-ci ilin 6 ayı ərzində isə 586 doğumu qeydə alınmamış uşaq müəyyən edilib və müvafiq sənədləşmənin aparılmasına hüquqi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi