Azərbaycanda doğuş zamanı ana ölüb - FOTO

Azərbaycanda doğuş zamanı ana ölüb - FOTO Qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirən ana dünyasını dəyişib
Hadisə
2 Dekabr , 2015 15:35
Azərbaycanda doğuş zamanı ana ölüb - FOTO

Bakı. 2 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda ana doğuş zamanı dünyasını dəyişib. "Report" xəbər verir ki, rayonun Səttərxan küçəsində yaşayan 33 yaşlı Xanım Yusifova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirib. Ananın səhhəti qəfildən pisləşib.

Xəstənin vəziyyəti daha da ağırlaşdığından Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə göndərilib. X.Yusifova orada dünyasını dəyişib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, X.Yusifovaya əməliyyat zamanı lazımi tibbi yardım göstərilib: "Hətta vəziyyətinin pisləşməsilə bağlı Bakı şəhərindən ixtisaslı həkim briqadası da dəvət olunub. Xəstə onların müşayiətilə Bakı şəhərinə aparılıb. X.Yusifovanın ölüm səbəbi hamiləliklə bağlı olmayan xəstəliklə əlaqəlidir".

Son xəbərlər

Orphus sistemi