Sumqayıt sakini divara kondisioner bərkidərkən yıxılaraq ölüb

Sumqayıt sakini divara kondisioner bərkidərkən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Avqust , 2016 13:05
Sumqayıt sakini divara kondisioner bərkidərkən yıxılaraq ölüb

Bakı. 4 avqust. REPORT.AZ/ Sumqayıt şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 27-də Sumqayıt şəhərinin Yaşıl dərə bağlar sahəsində yaşayan Raqif Hüseynov evində kondisioneri divara bərkidərkən pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Hüseynov avqustun 4-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi