Dispanserdə xəstə yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Dispanserdə xəstə yoldaşını bıçaqlayan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
7 İyun , 2019 16:32
Dispanserdə xəstə yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.Zeynalov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan E.Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb.

E.Zeynalova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi