Azərbaycanın ən qocaman diplomatlarından biri vəfat edib

Azərbaycanın ən qocaman diplomatlarından biri vəfat edib Görkəmli azərbaycanlı diplomat Vəhdət Məmmədağa oğlu Sultanzadə vəfat edib.
Hadisə
28 Mart , 2022 10:15
Azərbaycanın ən qocaman diplomatlarından biri vəfat edib
Vəhdət Sultanzadə

Görkəmli azərbaycanlı diplomat Vəhdət Məmmədağa oğlu Sultanzadə vəfat edib.

Bu barədə “Report”a ailəsindən məlumat verilib.

Bildirilib ki, diplomat 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (50 ildən çox) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda protokol, konsul xidməti, informasiya və çap sahəsində, İslam Konfransı Təşkilatında (İKT) müxtəlif rəhbər vəzifələrini, Yaxın və Orta Şərq məsələləri üzrə nazirliyin müşaviri, Azərbaycan XİN-in Konsul İdarəsinin müşaviri vəzifələrini tutub. 

O, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda konsul vəzifəsini tutub, 3 ildən çox müddətə Azərbaycanın Moskvada səfirliyində müşavir kimi çalışıb. 28 ildən çox müddətə Əfqanıstanda, İranda, Türkiyədə və Türkmənistanda attaşe vəzifəsindən fövqəladə və səlahiyyətli səfir vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 

1984-cü ildə 1-ci dərəcəli müşavir diplomatik dərəcəsini alıb. 2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli diplomatik nümayəndə rütbəsi verilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə (75 yaşında), 2015-ci ildə isə Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə (80 yaşında) təyin olunub. 
SSRİ-nin, Türkmənistanın, TÜRKSOY və BMT təşkilatlarının medalları ilə təltif olunub. İKT-yə üzv ölkələrin Kasablanka (Mərakeş, 1994-cü il) və Tehran şəhərlərində (İran, 1997-ci il) sammitlərin təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. Müxtəlif missiyaların tərkibində İndoneziya, Pakistan, Efiopiya, Meksika və digər ölkələrdə olub. 

Görkəmli diplomat bu gün saat 14:00-da II Fəxri Xiyabanda dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi