“Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir

“Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir ​​​​​​​Peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə din xadimləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü
Hadisə
172
13 Aprel , 2021 18:14
“Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir

Peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə din xadimləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

“Report” xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Layihədə qeyd edilir ki, Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Qeyd edək ki, Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə əsasən, Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Son xəbərlər

Orphus sistemi