DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil

DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış video həqiqəti əks etdirmir. Belə ki, kənd sa
Hadisə
24 Dekabr , 2020 23:10
DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil

Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkarlanan şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi