DİN Salyanda azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddiaları araşdırıb

DİN Salyanda azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddiaları araşdırıb Azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
Hadisə
1 Noyabr , 2021 18:26
DİN Salyanda azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddiaları araşdırıb
0 : 00
0 : 00

Azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

"Report" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb: "Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaqdır".

Son xəbərlər

Orphus sistemi