DİN: Borclu kimi axtarışda olan 77 nəfər saxlanılıb

DİN: Borclu kimi axtarışda olan 77 nəfər saxlanılıb - Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər,
Hadisə
23 Noyabr , 2021 08:48
DİN: Borclu kimi axtarışda olan 77 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi