DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılıb ğlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılmışdır.
Hadisə
8 aprel 2022 04:48
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi