DİN avtobus sürücüsünün polisdə döyülməsi iddialarına münasibət bildirib

DİN avtobus sürücüsünün polisdə döyülməsi iddialarına münasibət bildirib Sosial şəbəkələrdə Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb
Hadisə
9 Fevral , 2021 18:36
DİN avtobus sürücüsünün polisdə döyülməsi iddialarına münasibət bildirib

Sosial şəbəkələrdə Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

Onun sözlərinə görə, vətəndaşın Sumqayıt şəhərində iritutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan əməlləri videogörüntülərlə sosial şəbəkələrdə yayılaraq geniş ictimai rezonans yaradıb: "Ailə üzvləri ictimai təhlülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayır. Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə tıxacdakı polisin xidməti avtomobilinə çarpılıb. Sürücünün sifət nahiyəsi sükana dəyərək burun çəpərinin zədələnməsi, burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb".

E.Hacıyev vətəndaşın zirzəmidə saxlanmasına da toxunaraq bildirib ki, o zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib: "Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin edilib".

Son xəbərlər

Orphus sistemi