DİN idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb

DİN idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər BPİ-nin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.
Hadisə
377
24 Yanvar , 2022 15:42
DİN idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb
Gözəl Zutova

Daxili İşlər Nazirliyi (DİN) idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Qeyd edilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: "Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb".

Xatırladaq ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.

Son xəbərlər

Orphus sistemi