DİN: "Qarabağ"ın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edilib

DİN: "Qarabağ"ın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edilib Sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.
Hadisə
12 iyul 2022 19:32
DİN: Qarabağın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edilib

Sosial şəbəkələrdə və KİV-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

"Report"un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini "Qarabağ"ın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər.

Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Son xəbərlər

Orphus sistemi