DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı

DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulub
Hadisə
757
15 Fevral , 2021 12:41
DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməyən avtomobil tərəfindən vurulub.

Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İdarənin əməkdaşları tərəfindən həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş vətəndaş Ramiz Ağaverdiyev Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 2 qramdan artıq narkotik vasitə heroin aşkar edilib.

Sorğu zamanı R.Ağaverdiyev yaşadığı evin yaxınlığında ona məxsus külli miqdarda heroin gizlətdiyini bildirib.

Qeyd edilən ünvana baxış zamanı oradan ümumi çəkisi 2 kiloqramdan artıq olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, R.Ağavediyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə vasitəçilik edib. R.Ağavediyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Qeyd edilən sonuncu faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Ağaverdiyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi