DİN avtomobillərdən bayraqların sökülməsinə münasibət bildirib

DİN avtomobillərdən bayraqların sökülməsinə münasibət bildirib "Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur".
Hadisə
959
25 Oktyabr , 2021 17:45
DİN avtomobillərdən bayraqların sökülməsinə münasibət bildirib
0 : 00
0 : 00

"Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur".

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, nəqliyyat vasitələrinə vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır: "O bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür".

"Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur. Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırmalıdır ki, yollarda narahatlıq yaranmasın", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi