Diaspor sədri: “Yeni rəhbərlik AzTV-də sanki böyük bir tilsimi qırdı”

Diaspor sədri: “Yeni rəhbərlik AzTV-də sanki böyük bir tilsimi qırdı” “Azərbaycan Televiziyasında çoxdan gözlənilən yeniliklər artıq hiss olunmaqdadır. Son üç-dörd ayda milli televizyamızda baş verən yeniliklər, maraqlı dəyişikliklər xaricdə yaşayan azərbaycanlılar üçün iki qat sevincdir”.
Hadisə
14 May , 2019 18:33
Diaspor sədri: “Yeni rəhbərlik AzTV-də sanki böyük bir tilsimi qırdı”

“Azərbaycan Televiziyasında çoxdan gözlənilən yeniliklər artıq hiss olunmaqdadır. Son üç-dörd ayda milli televizyamızda baş verən yeniliklər, maraqlı dəyişikliklər xaricdə yaşayan azərbaycanlılar üçün iki qat sevincdir”.

"Report" xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib.

“Baş verən yenilikləri xarici ölkələrdə yaşayan azərbaycanlılar daha yaxşı hiss edir desəm səhv etmərəm. Çünki Vətəndən uzaqlarda yaşasaq da, onun ictimai-siyasi, sosial-mədəni həyatı hər zaman bizi düşündürür. Bunu görmək, doğma ölkən haqqında anında xəbərdar olmaq üçün müasir informasiya imkanlarına malik televiziya kanalı lazımdır ki, bu missiyanı da Azərbaycan Televiziyası son aylar məharətlə öz öhdəsinə götürüb. Artıq dünyanın əksər ölkələrində yayımlanan AzTV Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıtdırmaq istiqamətində xeyli irəliləyib. İstər peyk, istərsə də internet üzərindən online yayımı ilə bu televiziya kanalı tamaşaçılarının sayını da xeyli dərəcədə artırıb. Yeni-yeni verilişlər, tok-şoular, xüsusilə sosial mediada və ictimai fikrin formalaşmasında fəallıq artıq Azərbaycan Televizyaının iş prinsipinə çevrilib. Biz bunu müxtəlif təmaslardan çox aydın hiss edirik", - H.Cavadov qeyd edib.

Diaspor sədri bildirib ki, yeni rəhbərlik AzTV-də sanki böyük bir tilsimi qırdı: "Rəhbərlik milli televizyamızın hər bir azərbaycanlının televziyası olmasını əməli ilə isbat etdi. Aydın hiss olunur ki, Azərbaycan Televziyasına peşəkarlar cəlb olunur. Bu gün Azərbaycan Televiziyası həyatın bütün sahələrinə diqqət yetirir və obyektivinə tuş gələnləri yaradıcı heyətinin təqdimatında peşəkarlıqla efirə təqdim edir. Ölkədəki siyasi, iqtisadi, sosial və digər sahələrdə aparılan islahatları olduğu kimi təqdim edən Azərbaycan Televiziyası xaricidə yaşayan azərbaycanlılar üçün həm də bir turizm elçisidir. Vətənimiz haqqında yazılı informasiya resursları ilə yanaşı, həm də bu günün AzTV-si vasitəsilə məlumatlanırıq. Ən əsası da odur ki, günü-gündən müasirləşən AzTV etibarlılığını da qoruyub saxlayır. Bəli, AzTV müasirləşir, gəncləşir, dinamikləşir. Ukraynada fəaliyyət göstərən azərbaycanlılar olaraq Azərbaycan Televiziyasının sürətlə yenilənməsi bizi çox məmnun edir və bu telekanalda aparılan köklü dəyişikliklərdən sonra diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Bu yeniliklərdən biz də stimul alırıq. Bizim ölkənin hüdudlarından kənarda Azərbaycanın tanıdılması, onun haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyümüz işləri işıqlandıran Azərbaycan televiziyasına uğurlar arzulayırıq".

Son xəbərlər

Orphus sistemi