DİN Zaqataladakı zəhərlənmə faktı ilə bağlı məlumat yayıb

DİN Zaqataladakı zəhərlənmə faktı ilə bağlı məlumat yayıb Qidadan zəhərlənən şəxslər xəstəxanalara yerləşdirilib
Hadisə
8 İyul , 2015 14:31
DİN Zaqataladakı zəhərlənmə faktı ilə bağlı məlumat yayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Zaqatalada baş verən zəhərlənmə faktı ilə bağlı məlumat yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, bu gün Zaqatala rayonunun Çobankol kəndində yaşayan Mustafa Musayev, həyat yoldaşı Təbrik, qızları Gülbiçə, Günel, oğlu Sirac və anası Pəri evlərində qidadan (qarpızdan) zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Bundan başqa, dünən Nəsimi rayonu ərazisində yaşayan Cəlal Naibov sirkə turşusundan, Xırdalan şəhərində yaşayan Günay Əliyeva isə dərmandan zəhərlənib. Qidadan zəhərlənən şəxslər xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi