​DİN: Zaqataladakı hadisənin qumbara partlamasından baş verməsi ehtimal olunur

​DİN: Zaqataladakı hadisənin qumbara partlamasından baş verməsi ehtimal olunur Yaralanmış polis kapitanı hospitala yerləşdirilib
Hadisə
2 May , 2016 11:37
​DİN: Zaqataladakı hadisənin qumbara partlamasından baş verməsi ehtimal olunur

Bakı. 2 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda baş verən partlayışla əlaqədar məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi