DİN Zaqatalada keçmiş polis əməkdaşının həbsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Zaqatalada keçmiş polis əməkdaşının həbsi ilə bağlı rəsmi məlumat yayıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
6 Oktyabr , 2015 16:14
DİN Zaqatalada keçmiş polis əməkdaşının həbsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Zaqatalada polis əməkdaşının həbsi ilə bağlı rəsmi məlumat yayıb. 

"Report"un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunan Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi