DİN YPX avtomobilinin ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN YPX avtomobilinin ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
2145
28 Aprel , 2017 12:09
DİN YPX avtomobilinin ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
Report.az

Bakı. 28 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Salyan rayonunda Yol Patrul Xidmətinin (YPX) "BMW" markalı avtomobilinin iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməsi barədə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi "Mercedes" və Natiq Məmmədyarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. 

Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi