DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb

DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb Qəza ilə bağlı araşdırma aparılır
Hadisə
20 Dekabr , 2014 13:46
DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Yevlax rayonunda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb. "Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 19-da saat 19 radələrində Yevlax rayonunun Əkşəm kəndində Mingəçevir şəhər sakini Zaman Süleymanovun idarə etdiyi "KamAZ-52212" və Şəki rayon sakini Famil İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Sonradan "Mercedes" markalı avtomobildə yanğın baş verib və nəticədə sürücü ölüb. 

Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi