DİN Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb

DİN Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır
Hadisə
13 May , 2017 11:28
DİN Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb

Bakı. 13 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıbə

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi