DİN Yasamalda törədilən qətllə bağlı rəsmi məlumat yayıb

DİN Yasamalda törədilən qətllə bağlı rəsmi məlumat yayıb Bakı. 15 yanvar. REPORT.AZ/ Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Hadisə
15 Yanvar , 2018 13:06
DİN Yasamalda törədilən qətllə bağlı rəsmi məlumat yayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün Bakı şəhər sakini Şahin Ələsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayon Polis İdarəsi və prokurorluğu əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Peşəkarlıqla həyata keçirdilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Rzayev saxlanılaraq istintaqa cəlb olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi