Bakı. 17 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. "Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Bakı şəhər sakini Rəşad Məcidzadəni qətlə yetirən paytaxt sakini Məhəmmədəli İmaməliyev tutulub. İstintaq araşdırmaları davam etdirilir.
DİN Yasamalda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
Hadisə
17 dekabr 2014
09:40


Son xəbərlər
