Yuxarı

DİN xarici ölkə vətəndaşlarının İmişlidə su kanalına düşərək boğulmaları haqda məlumat yayıb

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır

Bakı. 9 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) xarici ölkə vətəndaşlarının İmişlidə su kanalına düşərək boğulmaları haqda rəsmi məlumat yayıb.

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 8-də saat 20 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb.

Qəza nəticəsində S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi