DİN Xaçmazda piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

DİN Xaçmazda piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda piyadanın ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Hadisə
6 Sentyabr , 2019 12:51
DİN Xaçmazda piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda piyadanın ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi