DİN vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb

DİN vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Zaur Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib
Hadisə
13 May , 2016 11:48
DİN vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb

Bakı. 13 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. 

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. 

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. 

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib. 
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi