DİN veb səhifələrinə daxil olmaqda yaranan problemlə bağlı məlumat yayıb

DİN veb səhifələrinə daxil olmaqda yaranan problemlə bağlı məlumat yayıb Bakı. 3 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi son günlər “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranan problemə aydınlıq gətirib.
Hadisə
3 May , 2018 15:25
DİN veb səhifələrinə daxil olmaqda yaranan problemlə bağlı məlumat yayıb

Bakı. 3 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi son günlər “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranan problemə aydınlıq gətirib.  

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil.

Bildirilib ki, “Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib: ""e-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur. Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunur. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti “Google Chrome”da bərpa olunacaq. Kompyuterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə qeyd edilən veb səhifələrə daxil olmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi