DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib

DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib Dini təyinatlı kitab, jurnal, dəftər, yaddaş kartları və DVD, CD diskləri aşkar edilərək götürülüb
Hadisə
3 Fevral , 2017 13:01
DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib

Bakı. 3 fevral. REPORT.AZ/ Hüquq-mühafizə orqanlarının əməkdaşları Qəbələdə birgə əməliyyat keçirib.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi