​DİN və Baş Prokurorluq Bakıda jurnalistin ölümü ilə bağlı birgə məlumat yayıb

​DİN və Baş Prokurorluq Bakıda jurnalistin ölümü ilə bağlı birgə məlumat yayıb Faktla bağlı cinayət işi qaldırılıb
Hadisə
9 Avqust , 2015 14:50
​DİN və Baş Prokurorluq Bakıda jurnalistin ölümü ilə bağlı birgə məlumat yayıb

Bakı. 9 Avqust. REPORT.AZ/ Respublikanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda jurnalistin ölümü ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a daxil olan məlumatına görə, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

"Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb", - deyə məlumatda bildirlir.

Həmçinin qeyd olunur ki, hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işininin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi