DİN Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

DİN Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Daşqın Həsənovdan sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürüb
Hadisə
17 May , 2016 12:10
DİN Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

Bakı. 17 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Ucar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi