Bakı. 1 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb. "Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Mahir Allahverdiyev dənizdə skuter sürərkən yıxılaraq boğulub.
Hazırda meyitin sudan çıxarılması üçün tədbirlər görülür.