Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
DİN Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
Hadisə
111
6 Dekabr , 2014
13:55


Bakı. 6 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. "Report"un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanın yaşadığı evinə gələn keçmiş kürəkəni Babək Hüseynov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən S.Abbasova orada ölüb.
Son xəbərlər
