DİN Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsilə bağlı məlumat yayıb

DİN Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsilə bağlı məlumat yayıb Faktla bağlı Samux Rayon Polis Şöbəsi araşdırma aparır
Hadisə
1 Avqust , 2015 13:59
DİN Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsilə bağlı məlumat yayıb

Bakı. 1 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi iyulun 31-də Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. "Report"un nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də saat 16 radələrində rayonun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu körpüdən Gəncə çayına aşırıb.

Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi