Yuxarı
    Bağlamaq

    DİN Salyanda 4 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı məlumat yayıb

    Daha 5 nəfər xəstəxanadadır© Report

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Salyanda 4 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı məlumat yayıb.

    "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində ölüb, özü, habelə Z.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

    Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi