DİN: Salyan sakinini qətlə yetirərək basdırdığı yerdə hamam tikən şəxsin tutulması istiqamətində tədbirlər görülür

DİN: Salyan sakinini qətlə yetirərək basdırdığı yerdə hamam tikən şəxsin tutulması istiqamətində tədbirlər görülür Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
29 Dekabr , 2016 12:12
DİN: Salyan sakinini qətlə yetirərək basdırdığı yerdə hamam tikən şəxsin tutulması istiqamətində tədbirlər görülür

Bakı. 29 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb.

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun meyitinin qalıqları eksqumasiya edilib.

Nazirlikdən bildirilib ki, R.Cavadovun tutulması üçün tədbirlər görülür.

Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi